Azərbaycan poeziyasına ağır itki-TANINMIŞ ŞAİR VƏFAT ETDİ-SON DƏQİQƏ

18_02_21_1519235637.jpg



Tanınmış şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Teyyub Qurban vəfat edib. 


Xeberlerbloj modern.az-a istinadən xəbər verir ki, yaxınlarının məlumatına görə, Teyyub Qurban bu gün dünyasını dəyişib. Mərhum sabah saat 2-də Bülbülə kəndində dəfn olunacaq.

Qeyd edək ki, Teyyub Qurban 1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olub. T.Qurban Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Azərbaycan Xalq Cühmuriyyəti və Repressiya dövrünün araşdırıcısı kimi tanınırdı.

Allah rəhmət eləsin!

Xeberi beyendinse ela beyenmedinse pis düyməsinə basaraq xeber haqdaki fikrini bildire bilersen

Yorumlar