Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub



Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev yeni vəzifəyə təyinat alıb. 
Oxu.Az xəbər verir ki, o, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsinə müvəqqəti olaraq Hüseyn Şahmalıyev təyinat alıb. 
Məlumatı Oxu.Az-a Səhiyyə Nazirliyindən təsdiq ediblər.
Qeyd edək ki, İsmayıl Mirzəliyev daha əvvəl Quba Rayon Mərkəzi Xəstəxanasında işləyib.
H.Şahmalıyev xəstəxananın poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xeberi beyendinse ela beyenmedinse pis düyməsinə basaraq xeber haqdaki fikrini bildire bilerseN




Yorumlar